Dünyanın transfer bombası 222 milyona partlayır

Dünyanın transfer bombası 222 milyona partlayır
17:53 22 İyul 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Barselona” klubunun braziliyalı hücumçusu Neymar onu transfer etmək istəyən Fransanın PSJ klubu üçün yaşıl işıq yandırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Neymar “Barselona” rəhbərliyi ilə görüşərək onun transferinə icazə verməsini istəyib.

“Barselona” Neymarı satmaq istəməsə də, futbolçunun imzaladığı müqavilə Katalon klubunun əl-qolunu bağlayır. Müqaviləyə görə, 222 milyon avro ödəyən komanda Neymarı transfer edə bilər.

Fransanın “Le Parisien” qəzetinin yazdığına görə, Neymar bəzi komanda yoldaşlarına da PSJ-yə getmək istədiyini deyib.

Braziliya futbolçunun PSJ-yə gedişi reallaşacağı halda, Neymar futbol tarixinin ən bahalı futbolçusu statusunu alacaq.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/207156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR