Türk klubu Sloveniyadan qovuldu

Türk klubu Sloveniyadan qovuldu
18:07 22 İyul 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Karabükspor" klubu Sloveniyadan deportasiya edilib. Fanat.Az xəbər verir ki, buna səbəb komandanın təlim-məşq toplanışını keçirdiyi bazada davanın düşməsi olub.


Belə ki, "Karabükspor" hazırılıq keçəcəyi Maribor şəhərindəki bazaya çatandan sonra komandanın baş məşqçisi Erkan Sözeri qazonun bərbad olmasına görə baza nümayəndələrinə etiraz edib. Bir müddət sonra onların arasında mübahisə yaranıb və dava düşüb. Davaya komandanın rəsmiləri və məşqçiləri də qoşulub. 


Hadisədən sonra "Karabükspor"la bağlı polisə şikayət edilib. Yerli hakimiyyət hadisəni araşdırdıqdan sonra qərar verib. "Karabükspor"un davanın düşdüyü bazada qalmasının məqsədəuyğun olmadığına qərar verən yerli hakimiyyət oraqlanları davaya qarışan klub nümayəndələri barədə istintaq aparılmayacağını vəd edib və Türkiyə təmsilçisini ölkədən çıxardıb.


Bundan sonra "Karabükspor" Sloveniyanı tərk edib. Komanda hazırda Avstriyanın Qraz şəhərində təlim-məşq toplanışı keçir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turk-klubu-sloveniyadan-qovuldu-t59456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR