Şabranda maşın aşdı - Xəsarət alanlar var

Şabranda maşın aşdı - Xəsarət alanlar var
18:22 22 İyul 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

Şabran rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 1-ci km-də baş verib.

"Mercedes" markalı maşınının aşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz, Şabran Mərkəzi Rayon xəstəxanalarına və Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan  3-ü azyaşlıdır.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/criminal/565808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR