ABŞ Venesuelaya qarşı sərt sanksiyalar hazırlayır

ABŞ Venesuelaya qarşı sərt sanksiyalar hazırlayır
18:32 22 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ ABŞ Venesuelanın neft sənayesinə qarşı sərt sanksiyalar hazırlayır. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evdəki yüksək vəzifəli nümayəndə xəbər verib. 
Sanskiyaların Venesuelanın neft satışından əldə etdiyi dollar ödənişlərinə qoyulması gözlənilir. "Reuters" bildirir ki, sanksiya tətbiq edilərsə, bu ölkədən neft ixracı ciddi şəkildə azalacaq və ölkə iqtisadi cəhətdən çətin vəziyyətə düşəcək. Sanksiyaların PDVSA dövlət neft şirkətinin bütün dollar tranzaksiyalarını həyata keçirməsini qadağan edəcəyi gözlənilir.
ABŞ-ın həmçinin Venesueladan neft idxalına da qadağa qoyacağı ehtimal edilir. Qeyd edək ki, ABŞ cari ilin ilk 4 ayında Venesueladan gündəlik 780 min barel neft idxal edib. "Reuters"in araşdırmasına görə, PDVSA-nın ixracının 40%-i Rusiya və Çin şirkətlərinin payına düşür. Bu da Venesuelanın bu ölkələrə olan 50 mlrd.dollarlıq kredit borcunun ödənilməsinə sərf olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-venesuelaya-qarsi-sert-sanksiyalar-hazirlayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR