Sabunçuda çay evlərini talayan şəxs ələ keçdi

Sabunçuda çay evlərini talayan şəxs ələ keçdi
19:24 22 İyul 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisindəki qarajlardan birindən monitor və yaddaş kartı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Məmiyev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyulun 18-də rayon ərazisindəki çay evlərindən birindən 4 ədəd televizor, 13 ədəd oyun aparatı, 26 ədəd pult və 1 ədəd noutbuk oğurlaması da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279724

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR