Kəşfiyyatçının xatirələrindən bəhs edən kitab işıq üzü gördü

Kəşfiyyatçının xatirələrindən bəhs edən kitab işıq üzü gördü
19:27 22 İyul 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun "Kəşfiyyatçının xatirələri" adlı yazıları əsasında hazırlanan "Kod adı: Rey" kitabı işıq üzü görüb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  kitabda müəllifin 2012-2013-cü illərdə qələmə aldığı xatirələri yer alıb. Xatirələr müəllifin 1991-1992-ci illərdə Qarabağ müharibəsində gördüyü hadisələrdən bəhs edir.

Kitabın redaktoru tanınmış şair-publisist Səhər Əhməddir. 250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur.

Kitab yaxın günlərdə satışda olacaq.

Xatırladaq ki, R.Kərimoğlu 1991-1993-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi çağırış kodu isə elə öz adı - "REY" olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR