Qətər Körfəz ölkələrilə böhranın həllinə çağırır

Qətər Körfəz ölkələrilə böhranın həllinə çağırır
19:37 22 İyul 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Qətər əmiri dörd Körfəz ölkəsi - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirlə yaşanan böhranın əvvəlindən bəri verdiyi ilk ictimai açıqlamasında mübahisənin həllinə səsləyib.
Təmim Bin Həmməd əl-Tani ölkəsi əleyhinə aparılan "bədniyyətli rüsvayçı kampaniyanı" pisləyərək əhali tərəfindən göstərilən təmkini təqdir edib.
"Bildiyiniz kimi Qətərdə həyat öz axarı ilə davam edir, - Təmim Bin Həmməd əl-Tani telemüraciətində qeyd edib.
- Çözülməmiş problemi həll etmək üçün dialoqa açığıq".

Milli.Az BBC-yə istinadən bildirir ki, Doha blokadaya rəğmən həyatın normal axarının pozulmadığını qeyd edir.
İyun ayının əvvəlində Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik və iqtisadi münasibətləri kəsdiklərini elan edib.
Dörd ölkə Qətəri ekstremizm və terrorçuluğa dəstək verməkdə ittiham edir.
Təmim Bin Həmməd əl-Taninin dediyinə görə danışıqlar yalnız ölkəsinin suverenliyinə hörmət şəraitində baş tuta bilər.
Daha əvvəl Qətər əlaqələrin bərpa olunması üçün Körfəz dördlüyünün irəli sürdüyü tələbləri rədd edib.

13 şərtdən ibarət sıyahıda Al-Jazeera telekanalını bağlamaq, Türkiyə hərbi bazasını ləğv etmək və İranla əlaqələri məhdudlaşdırmaq kimi tələblər var idi.
Qətər terrorçulara dəstək barədə iddiaların əsassız olduğunu deyərək Körfəz ölkələrinin tətbiq etdiyi blokadanı tənqid edir.
Ötən ay elan edilmiş sanksiyaların tətbiqinə görə 2,7 milyon əhalisi olan Qətər öz idxalını Türkiyə və İran kimi ölkələr üzərindən həyata keçirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/565815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR