Yüksək sürət "VAZ"ın sürücüsünü xəstəxanalıq etdi

Yüksək sürət "VAZ"ın sürücüsünü xəstəxanalıq etdi
19:49 22 İyul 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

Masallıda avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb. 

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı-Yardımlı yolunda, Masallının Qəriblər kəndi ərazisində qeydə alınıb. Masallının Ərkivan qəsəbə sakini 1970-ci il təvəllüdlü Süleyman Ramazan oğlu Abdullayevin idarə etdiyi “VAZ-21011” markalı avtomaşın  hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Nəticədə sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

 

Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

 

Fakt araşdırılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR