Masallıda VAZ aşıb, sürücü yaralanıb

Masallıda VAZ aşıb, sürücü yaralanıb
20:17 22 İyul 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Masallı-Yardımlı yolunda, Masallının Qəriblər kəndi ərazisində qeydə alınıb. Masallının Ərkivan qəsəbə sakini 1970-ci il təvəllüdlü Süleyman Ramazan oğlu Abdullayevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşın  hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Nəticədə sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.
 
Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.
 
Fakt araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR