Bakıda yeniyetmlərdən ibarət quldur dəstəsi saxlanıldı

Bakıda yeniyetmlərdən ibarət quldur dəstəsi saxlanıldı
20:53 22 İyul 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Cavadxan küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Tural Quliyevin qarşısını kəsib. Onlar Tural Quliyevi döyərək 170 manatını və 2 ədəd mobil telefonunu alıblar. Cinayəti törədənlər hadisə yerini tərk ediblər.

Zərərçəkmiş Tural Quliyev aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi məlumatlandırılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub. Cinayətin daha iki iştirakçısının isə şəxsiyyəti müəyyən edilərək həbs ediliblər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/207165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR