Balakəndə orta əsrlərə aid Alban məbədi tapılıb - VİDEO

Balakəndə orta əsrlərə aid Alban məbədi tapılıb - VİDEO
20:57 22 İyul 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakən rayonunda uzun illər türbə kimi tanınan abidənin əslində erkən orta əsrlərə aid bir alban məbədi olduğu öz təsdiqini tapıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 26 tarixi abidənin qeydiyyata alındığı Balakən rayonunda hələ tədqiqata ehtiyacı olan 100-dən çox abidə və tikili var ki, bunların araşdırılması nəinki Şimal-Qərb bölgəsinin, o cümlədən Azərbaycan və bütövlükdə region tarixində mühüm addım ola bilər. Uzun illər kiçik bir türbə kimi qeydiyyata alınan və elə mülk sahibinin təşəbbüsü ilə qorunan bu abidənin məbəd olduğu müəyyənləşib.
Yaxın gələcəkdə tarixi abidənin kompleks şəklində tədqiq edilməsi nəzərdə tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR