Sarımsaq və limon möcüzəsi

Sarımsaq və limon möcüzəsi
21:12 22 İyul 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu resept oynaqlarda olan ağrıların azalmasına səbəb olur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, 4 baş sarımsaq və 4 ədəd limon götürülür. Sarımsaqlar dilimlərə ayrılır, təmizlənib, yuyulur. Limonlar da yuyulur və dilimlənir. Bunların hamısı birlikdə blenderdə eyni kütlə halına gələnədək əzilir. Qarışım şüşə bankaya tökülür və ağzı kip bağlı halda qaranlıq və soyuq yerdə 3 gün saxlanılır. Gün ərzində banka bir-neçə dəfə çalxalanır. 3 gün bitdikdə təmiz tənzifdən digər şüşə qaba süzülür və ağzı hemetik örtülüb soyuducuya qoyulur.
Bu məhluldan gündə 3 dəfə yeməyə yarım saat qalmış, yarım stəkan içmək məsləhət görülür. Amma mədə və bağırsaq xəstəlikləri olan xəstələrə ehtiyatlı olmaq tövsiyə edilir. Onlar qarışımın miqdarını azaldıb və az miqdar su ilə durulaşdırıb içməlidirlər. Bu qarışımdan revmatizma, artrit, poliartrit xəstəlikləri zamanı istifadə edilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/563501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR