Hemofiltirasiya nədir?

Hemofiltirasiya nədir?
21:17 22 İyul 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Hemofiltirasiya qanın tərkibindən kiçik molekulyar kütləyə malik maddələrin təmizlənməsidir. Əgər kütləli maddələrin sidik cövhərinin, kreatinin, sidik turşusunun klirensi hemodfializ standartlarına uyğun gəlmirsə, hemodializ bunları təmizləmir.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, son zamanlar yüksək keçiriciliyə malik membranların ixtira edilməsi qandan böyük kütləli zəhərli maddələri də xaric etmək imkanı verir. Hemofiltirasiya qanın maye hissəsinin və onda həll olmuş kiçik və orta molekulların hidrostatık təzyiq nəticəsində yarımkeçirici membrandan ultrafiltirasiya olunmasıdır. Ayrılmış məhlulun yerinə xəstənin orqanizminə Ringer məhlulu və ya başqa məhlullar yeridilir. Hemofiltirasiya üçün yüksək hermetik və xüsusi membran iiə təchiz olunmuş hemofiltirdən istifadə olunur. Hemofiltirasiya 4-5 saat davam edir və bədəndən 18-20 litr maye çıxarılır. Çıxarılan mayenin yerinə əvəzedici məhlullar yeridilir.
Hemofiltirasiyadan ürək çatışmazlığında, nefrotik sindrom nəticəsində hiperhidratasiyanı aradan qaldırmaq üçün, zəhərlənmələrdə və böyrək çatışmazlığında istifadə edilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/563491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR