“Kəpəz” türk klubuna uduzdu

“Kəpəz” türk klubuna uduzdu
21:37 22 İyul 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Yeni mövsümə hazırlaşan “Kəpəz” toplanışın ikinci mərhələsini Türkiyədə keçir. Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisi bu gün ikinci yoxlama matçına çıxıb.

 

Komanda Ərzurumda “Ankaragücü” ilə üz-üzə gəlib. Türkiyənin I liqa komandası ilə oyunu yerli hakimlər briqadası idarə edib.

 

Görüş ankaralıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qol ilk yarıda vurulub. 

 

Qeyd edək ki, “Kəpəz” iki gün əvvəl Türkiyənin digər I liqa təmsilçisi “Samsunspor”la yoldaşlıq görüşü keçirib və 1:2 hesabı ilə məğlub olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kpz-turk-klubuna-uduzdu-t59462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR