Ərəb şeyxindən 222 milyon avroluq təklif

Ərəb şeyxindən 222 milyon avroluq təklif
21:47 22 İyul 2017
25 İdman
Ölkə mətbuatı
A- A+

İdman transferləri sahəsində rekord məbləğdə anlaşmaya imza atıla bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İspaniyanın "Sport" dərgisi yazıb.

Söhbət Fransanın PSG futbol klubunun "Barcelona"nın braziliyalı ulduzu Neymarla apardığı danışıqlardan gedir.

"Barcelona" oyunçunu satmaq istəmədiyinə görə, PSG-nin qətərli prezidenti Nasir Əl-Xelaifi 222 milyon avro təklif edərək Neymarın sərbəst olmasını təmin etmək istəyir.

Bu təklif reallaşsa, Neymar idman tarixinin ən bahalı transferinə imza atacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR