“Belarus” qoşqu və otla birlikdə yandı

“Belarus” qoşqu və otla birlikdə yandı
22:14 22 İyul 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

İsmayıllıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qəzli kəndində bələdiyyəyə məxsus ərazidə baş verib. Nəticədə 300 m2 sahədə biçilmiş taxıl sahəsi, vətəndaşa məxsus “Belarus” markalı  traktorun arxa təkərləri, traktora qoşulmuş qoşqunun yanar hissələri və qoşquya yığılmış  1.2 ton ot bağlaması yanıb. Traktorun qalan hissəsi və əkin sahələri yanğından mühafizə olunub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR