Azərbaycan cüdoçuları Avropa kubokunda uğurlu çıxış edirlər - FOTO

Azərbaycan cüdoçuları Avropa kubokunda uğurlu çıxış edirlər - FOTO
22:32 22 İyul 2017
34 İdman
Ölkə mətbuatı
A- A+

Çexiyanın paytaxtı Praqa şəhərində yeniyətmələrin cüdo üzrə Avropa kuboku keçirilir.

Milli.Az "Report"a istinadən bildirir ki,Azərbaycan cüdoçuları bu mötəbər yarışda uğurlu çıxış edirlər. Yeniyetmə cüdoçularımız 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq ilk gündə maksimum nəticə əldə ediblər.
Rəşxan Baxşəliyev (55 kq), Əhməd Yusifov (60 kq), Nəzakət Əzizova (52 kq) qızıl, Rövşən Əliyev (55 kq), Kəramət Hüseynov (60 kq), Hasil Cəfərov (73 kq), Leyla Əliyeva (48 kq) gümüş, Balabəy Ağayev (55 kq), İsmayıl İbrahimov (66 kq), Yaqub Cavadov (66 kq) və Murad Fətiyev (73 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, 27 ölkədən 308 (177 oğlan, 131 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR