Alişan əsəbiləşdi: "İstədiyi kimi öpüşər, sevişər..."

Alişan əsəbiləşdi: "İstədiyi kimi öpüşər, sevişər..."
23:12 22 İyul 2017
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Nişanlısı haqqında verdiyi açıqlama ilə sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gələn türkiyəli müğənni Alişan məsələyə aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı birgə fotolarını paylaşaraq sərt ifadələr işlədib:

"Əgər mən evlənəcəyim və sevdiyim qadınla bağlı "çox seksualdır, istədiyini edə bilər, seriallarda istədiyi kimi öpüşər, sevişər, işidir, hörmət edirəm, ya da o başqa bir kişiylə tətilə də gedə bilər" desəydim, siz mənə avropasayağı, centlmen kimi baxacaqdınız. Zəhmət olmasa, hər kəs öz sevdiyinə, münasibətinə baxsın. Üstəlik, mən heç vaxt "Eda çox gözəl olmasaydı, evlənməzdim" sözünü də deməmişəm. Mənim sevdiyim qadın gözümdə dünyanın ən gözəl qadınıdır. Hər kəsə necə hörmət edirəmsə, bunun da qarşılığını tələb edirəm. Mən atamdan gördüyümü edirəm, bunu da heç nə dəyişdirə bilməz. Bundan sonra nişanlımla münasibətimə deyilən sözlərin heç birinə əhəmiyyət də verməyəcəm. Son olaraq deyim ki, mən həyatımın qadınını tapdım, onu çox sevirəm. Allah yaxşı düşünüb rəy yazan hər kəsdən razı olsun və hər kəsə xoşbəxtlik nəsib etsin".

Qeyd edək ki, ifaçı daha öncəki açıqlamasında "Çox gözəl, çox seksual, hər kəsi döndürüb baxdıra biləcək bir qadınla evlənmək istəməzdim. Yanımdakı qadın daha normal olmalıdır. Belə də oldu, çox şükür" deyərək nişanlısının gözəl olmadığını vurğulamışdı.

Xatırladaq ki, Alişan türkiyəli aparıcı Esra Erolun bacısı Eda Erolla nişanlıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/565850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR