Milli üzvü baxdı, komandası qola həsrət qaldı

Milli üzvü baxdı, komandası qola həsrət qaldı
23:47 22 İyul 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna Premyer Liqasında II tura start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın oyunçusu Pavel Paşayevin yeni komandası "Aleksandriya"da növbəti matçını keçirib.
 
İlk turda "Olimpik"ə 0:2 hesabı ilə məğlub olan komanda bu dəfə də qələbə üzünə həsrət qalıb. Kirovoqradlılar səfərdə "Veres"lə qarşılaşıblar. Matçda hesab açılmayıb.
 
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Paşayev 90 dəqiqə ərzində meydana daxil ola bilməyib.
 
Qeyd edək ki, iki turdan sonra cəmi 1 xalı olan "Aleksandriya" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR