İran yeni raketlərin istehsalına başlayıb

İran yeni raketlərin istehsalına başlayıb
23:52 22 İyul 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

İran "Sayad-3" havadan müdafiə raketlərinin istehsalına başlayıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, istehsalın açılışı mərasimində ölkənin müdafiə naziri Hüseyn Dehqan iştirak edib.
Nazir çıxışında bildirib ki, "Sayad-3"  raketlərinin istehsalında  müasir dünya texnologiyaları nəzərə alınıb: "Bu raketlər təhlükə mənbəyi olan istənilən hədəfi - "görünməyən" qırıcılar, pilotsuz uçan aparatlar, qanadlı raketlər, helikopterlər və digər uçan vasitələri vurmağa qadirdir".
Qeyd edək ki, "Sayad-3" raketlərinin vurma məsafəsi təqribən 120 kilometrə yaxındır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/565862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR