İran yeni raketlərinin istehsalına başladı

İran yeni raketlərinin istehsalına başladı
02:53 23 İyul 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

İran “Sayad-3” havadan müdafiə raketlərinin istehsalını qurub.

Publika.az xəbər verir ki, istehsalın açılışı mərasimində ölkənin müdafiə naziri Hüseyn Dehqan iştirak edib.

Nazir çıxışında qeyd edib ki, “Sayad-3” raketlərinin istehsalında müasir dünya texnologiyaları nəzərə alınıb. “Bu raketlər təhlükə mənbəyi olan istənilən hədəfi - “görünməyən” qırıcılar, pilotsuz uçan aparatlar, qanadlı raketlər, helikopterlər və digər uçan vasitələri vurmağa qadirdir”, - deyə müdafiə naziri qeyd edib.

Onun sözlərinə görə, “Sayad-3” raketlərinin vurma məsafəsi təqribən 120 km-ə yaxındır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR