BMT-də TƏCİLİ İCLAS

BMT-də TƏCİLİ İCLAS
04:18 23 İyul 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

BMT Təhlükəsizlik Şurasının Qüdsdəki vəziyyətlə bağlı təcili iclası çağırılıb.

Publika.az xəbər verir ki, iclas bazar ertəsi baş tutacaq.

Bundan əvvəl İsveçin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi bildirmişdi ki, Misir, İsveç və Fransa nümayəndələri Qüdsdə vəziyyətin deeskalasiyası ilə əlaqədar iclasın keçirilməsini təklif ediblər.

Hazırda Qüdsdə vəziyyət gərgindir. Orada üç fələstinli həlak olub, onlarla insan yaralanıb. Hər şey İsrail hökumətinin təhlükəsizlik tədbirlərini gücləndirməsindən sonra baş verib. Yerli müsəlmanlar İslam dünyasının öz əhəmiyyətinə görə üçüncü müqəddəs yerinə metal axtaran qurğular qoyulmasına qəzəbləniblər.

Xatırladaq ki, ötən həftə iki İsrail polisinin fələstinlilər tərəfindən qətlə yetirilməsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR