Bakıda gənc oğlana qonşusu 5 bıçaq zərbəsi vurub

Bakıda gənc oğlana qonşusu 5 bıçaq zərbəsi vurub
06:42 23 İyul 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyul. REPORT.AZ/ Bakıda gənc oğlana qonşusu 5 bıçaq zərbəsi vurub.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsində 1999-cu il təvəllüdlü Hüseynzadə Natiq Nizami oğlu qonşuluğunda yaşayan şəxslə mübahisə edib. Mübahisə nəticəsində onun bədənin müxtəlif nahiyələrinə 5 bıçaq zərbəsi vurulub. Ağır vəziyyətdə olan N.Hüseynzadə 3 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-genc-oglana-qonsusu-5-bicaq-zerbesi-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR