Piyada keçidində yaşlı kişi quldur hücumuna məruz qalıb

Piyada keçidində yaşlı kişi quldur hücumuna məruz qalıb
09:17 23 İyul 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyul. REPORT.AZ/ Piyada keçidində yaşlı kişi quldur hücumuna məruz qalıb.
"Report" xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, metronun Neftçilər stansiyasının yaxınlığındakı yeraltı keçiddən keçən 57 yaşlı Süleymanov Behbud Əli oğlu qəfildən bir neçə şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər ondan cibində olan pulları ona verməyi tələb ediblər. Lakin pulunun olmadığını deyən B.Süleymanov naməlum şəxslər tərəfindən başından ağır zərbə alıb. Nəticədə o çoxlu qan itirib. Hadisə yerinə baxış keçirən Post Patrul Xidmətinin əməkdaşları yaralının vəziyyətinin ağır olduğunu görüb təcili yardım xidmətinə müraciət edib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/piyada-kecidinde-yasli-kisi-quldur-hucumuna-meruz-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR