Bakıda atıcılıq üzrə Avropa çempionatının təntənəli açılış mərasimi olub

Bakıda atıcılıq üzrə Avropa çempionatının təntənəli açılış mərasimi olub
09:37 23 İyul 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyul. REPORT.AZ/ Bakıda keçirilən atıcılıq idmanı üzrə Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək ölkəmizdə atıcılıq idmanının inkişafı üçün əlverişli şəraitin yaradıldığını, maddi-texniki bazanın ən yüksək tələblərə cavab verdiyini bildirib.
Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya çempionatın Azərbaycanda yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib. Bildirib ki, Bakı mötəbər idman yarışlarının keçirilməsi üçün cəlbedici şəhərdir. O, yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyinə minnətdarlığını çatdırıb.
Avropa Atıcılıq Konfederasiyasının (ESC) prezidenti Vladimir Lisin qitə birinciliyinin ölkəmizdə keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. Çempionatın əhəmiyyətini yüksək qiymətləndirən V.Lisin bu mötəbər turnirə ev sahibliyinə görə Milli Olimpiya Komitəsinə, Azərbaycan Atıcılıq Federasiyasına minnətdarlığını bildirib. Açılış mərasimi bədii hissə ilə davam edib.








Xəbərin orijinal ünvanı: https://report.az/komanda/bakida-aticiliq-uzre-avropa-cempionatinin-tenteneli-acilis-merasimi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR