Azərbaycan Bolqarıstanla əməkdaşlığı genişləndirə bilər - ENERJİ SAHƏSİNDƏ

Azərbaycan Bolqarıstanla əməkdaşlığı genişləndirə bilər - ENERJİ SAHƏSİNDƏ
10:05 23 İyul 2017
Ölkə mətbuatı
A- A+

Energetika Sofiya və Bakı arasında əsas əməkdaşlıq sahəsi olaraq qalır və Azərbaycan Bolqarıstanı yalnız Azərbaycan qazının istehlakçı-ölkəsi kimi deyil, həm də Avropa məkanında tranzit dövlət kimi qəbul edir.

Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova deyib.

Diplomat qeyd edib ki, Bolqarıstan Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsini bütünlüklə dəstəkləyir və Azərbaycanı bu layihədə əsas iştirakçı hesab edir. O bildirib ki, Azərbaycan və Bolqarıstan arasında 2020-ci ildən hər il 1 milyard kubmetr qaz tədarükü barədə müqavilə imzalanıb.

Daha sonra səfir əlavə edib ki, 2020-2030-cu illərdə Azərbaycanda qaz hasilatının artmasını nəzərə alaraq hökumət və SOCAR Bolqarıstanı mühüm tranzit ölkə kimi nəzərdən keçirir və bu kontekstdə əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar var.

Diplomat qeyd edib ki, 2013-cü ildə iki ölkə arasında Azərbaycan qazının Bolqarıstana tədarükü üzrə saziş imzalanıb ki, bu Bolqarıstanın tələbatının üçdə birini təmin edəcək.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/565876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR