Şəkidə iki nəfər dərmandan zəhərləndi

Şəkidə iki nəfər dərmandan zəhərləndi
10:05 23 İyul 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə iki nəfər dərmandan zəhərlənib.
 
Milli.Az bildirir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya məlumata görə, bu gecə saat 01:00 radələrində Şəki şəhəri, Novruz küçəsi ev 15 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Məryəm Vahid qızı Əlimova,  03:30 radələrində isə Şəki şəhəri S. Ə. Şirvani küçəsi ev 17 ünvanında yaşayan, 1982-ci il təvəllüdlü Elşən Rüstəm oğlu Osmanov  dərman zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.
 
Müayinə zamanı məlum olub ki, M. Əlimova dozadan artıq ağrı kəsici dərman, E. Osmanov isə dozadan artıq əsəb sakitləşdirci dərman qəbul edib. M. Əlimovanın vəziyyəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Vəziyyəti orta-stabil qiymətləndirilən E. Osmanovun müayinə və müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/565875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR