Şəkidə iki nəfər dərmandan zəhərlənib.
Publika.az bildirir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX)
APA-ya məlumata görə, bu gecə saat 01:00
radələrində Şəki şəhəri, Novruz küçəsi ev 15 ünvanında yaşayan
1993-cü il təvəllüdlü Məryəm Vahid qızı Əlimova, 03:30 radələrində
isə Şəki şəhəri S. Ə. Şirvani küçəsi ev 17 ünvanında yaşayan,
1982-ci il təvəllüdlü Elşən Rüstəm oğlu Osmanov dərman zəhərlənməsi
ilə xəstəxanaya daxil olublar.
Müayinə zamanı məlum olub ki, M. Əlimova dozadan artıq ağrı kəsici
dərman, E. Osmanov isə dozadan artıq əsəb sakitləşdirci dərman
qəbul edib. M. Əlimovanın vəziyyəti yüngül olduğundan ona lazımi
tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə
evə buraxılıb. Vəziyyəti orta-stabil qiymətləndirilən E. Osmanovun
müayinə və müalicəsi xəstəxananın reanimasiya şöbəsində
aparılır.