Rusiya böyük hərbi potensiala malik olaraq, Vaşinqton üçün çox ciddi təhlükə yaradır.
Publika.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford deyib.
"Bizim vəzifəmiz nüvə ölkəsi olan Rusiya ilə münasibətlərin
gərginləşməsinə yol verməməkdir, lakin bu kontekstdə unutmamalıyıq
ki, bu ölkə çox ciddi bir təhlükədir", - deyə o qeyd edib.
Bununla belə Danford Şimali Koreyanı təcili tədbirlərin görülməsini
tələb edən təhlükə adlandırıb.