Bakıda dəniz limanında dəhşətli hadisə: ÖLƏN VAR

Bakıda dəniz limanında dəhşətli hadisə: ÖLƏN VAR
10:42 23 İyul 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində yerləşən dəniz limanında bədbəxt hadisə baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xətai rayonu ərazisindəki Quru Yük Limanında doker-mexanizator vəzifəsində çalışan 1991-ci il təvəllüdlü Məmmədyarlı Hilal Səfiyar oğlu idarə etdiyi avtokarın altında qalıb. Belə ki, 26 yaşlı işçi 3,5 tonluq avtokarı sürərkən yük daşıyan texnikanın təkəri dəmir yolu relsinin üstünə çıxıb. Yüklə dolu avtokarın aşacağını görən gənc özünü yerə ataraq xilas olmağa çalışıb. Lakin buna baxmayaraq avtokarın altında qalıb. Ağır vəziyyətdə Respublika Nevrocərrahiyyə xəstəxanasına aparılan Hilal Məmmədyarlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/criminal/565882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR