Aparıcının oğlu yanğın zamanı zəhərləndi

Aparıcının oğlu yanğın zamanı zəhərləndi
11:17 23 İyul 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Bakı Biznes və Kooperasiya kollecində baş verən yanğın nəticəsində yaxınlıqda yerləşən Kooperasiya Universitetində 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, zəhərlənən abituriyentlərdən biri aparıcı Tahirə Məmmədqızının oğludur. Bu haqda aparıcı özü məlumat verib:

"Oğlumu digər zəhərlənənlərlə birlikdə 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə apardıq. Hazırda evdəyik. Vəziyyəti qənaətbəxşdir. Xəstəxanaya çatdırılanda durumu çox pis idi. Bir saat bizdən hər şeyi gizlətdilər. Çox qorxdum. Allahıma şükür edirəm ki, hər şey yaxşı qurtardı".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR