2017-ci ildə 8 azərbaycanlı Ukrayna vətəndaşlığı alıb

2017-ci ildə 8 azərbaycanlı Ukrayna vətəndaşlığı alıb
11:57 23 İyul 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyul. REPORT.AZ/ Prezident Pyotr Poroşenko cari ilin yanvar-iyun aylarında 405 əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Ukrayna vətəndaşlığı verib, həmçinin 1 567 şəxsin vətəndaşlığına xitam verib.
"Report" xəbər verir ki, Ukrayna vətəndaşlığı alanlar arasında 8 azərbaycanlı da var.
İlin əvvəlindən Ukrayna vətəndaşlığı alanlar arasında, həmçinin 55 Rusiya, 54 Suriya, 44 Ermənistan, 35 Əfqanıstan, 31 Moldova, 17 İran, 16 Gürcüstan, 15 Livan, 11 Özbəkistan, 10 İordaniya, 9 İraq, 7 Misir və Pakistan, 6 Nigeriya, 5 Türkmənistan, 4 Belarus və Qazaxıstan, 3 Türkiyə və Vyetnam, 2 Əlcəzair və Tunis, 1 ABŞ, Braziliya, Litva, Tacikistan, Kot d'İvuar, Toqo, Liviya, Mərakeş, Sudan və Fələstin vətəndaşının adı var. 

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/2017-ci-ilde-8-azerbaycanli-ukrayna-vetendasligi-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR