"Roma" serbiyalı müdafiəçi transfer etdi

"Roma" serbiyalı müdafiəçi transfer etdi
12:27 23 İyul 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

"Manchester City"nin müdafiəçisi Aleksandr Kolarov klubunu dəyişib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, serbiyalı müdafiəçinin "Roma"ya transferi reallaşıb. Bu keçid paytaxt klubuna 5 milyon avroya başa gəlib. 31 yaşlı futbolçu 2020-ci il 30 iyuna kimi nəzərdə tutulan müqaviləyə imza atıb. Ötən mövsüm Premyer Liqada 29 oyuna 1 qol vuran Kolarov 1 məhsuldar ötürmənin də müəllifi olmuşdu. Onunla maraqlanan klublar arasında İstanbul "Beşiktaş"ı da vardı. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR