Azərbaycanın qadın boksçuları Dağıstanda 3 medal qazanıblar

Azərbaycanın qadın boksçuları Dağıstanda 3 medal qazanıblar
12:32 23 İyul 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyul. REPORT.AZ/ Dağıstanda kişi və qadın boksçular arasında beynəlxalq turnir keçirilib.
"Report" xəbər verir ki, yarışda qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvləri də güclərini yoxlayıblar.
"Rabitə" klubunun heyətində çıxış edən xanım idmançılarımız turniri 1 qızıl və 2 bürünc medalla başa vurublar. Belə ki, millimizin liderlərindən Məryəm Cəbrayılova bütün rəqiblərindən güclü olub. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə yerli idmançıya qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarımfinala kimi irəliləyən Viktoriya İsmayılova və Aytən Rzayeva (hər ikisi 51 kq) isə bürünc medalla kifayətləniblər.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-qadin-boksculari-dagistanda-3-medal-qazaniblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR