Bakıda yanğına görə təxirə düşən imtahanın vaxtı AÇIQLANDI

Bakıda yanğına görə təxirə düşən imtahanın vaxtı AÇIQLANDI
12:37 23 İyul 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda - idman zalında elektrik naqillərində yanğın baş verib.
 
Milli.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə modern.az-a açıqlamasında deyib ki, həmin abituriyentlər üçün növbəti dəfə  keçiriləcək imtahanın tarixi də bəllidir.
 
"Dünən Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda-idman zalında elektrik naqillərində  baş verən tüstülənmə zamanı imtahandan kənarda qalan abituriyentlərin narahatlığına əsas yoxdur. İyulun 27-də onlar üçün imtahan keçiriləcək. Xəsarət alan abituriyent olmayıb. Sadəcə tüstülənmə olduğu üçün təhlükəsizliyi qorumaq üçün şagirdlər evakuasiya olunub".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR