Ramil Şeydayev mövsümə məğlubiyyətlə başladı

Ramil Şeydayev mövsümə məğlubiyyətlə başladı
12:57 23 İyul 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Slovakiya Fortuna Liqasında yeni mövsümə start verilib. Fanat.Az xəbər verir ki, milli komandamızın hücumçusu Ramil Şeydayevin komandası “Jilina” da ilk matçını keçirib.

 

Sözügedən komanda səfərdə “Nitra” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Şeydayev ikinci hissənin başlaması ilə birlikdə meydana daxil olub.

 

Komandası hesabda geri olarkən oyuna girən Ramil heç nə ilə yadda qalmayıb. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ramil-eydayev-movsum-mlubiyytl-balad-t59464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR