“Qarabağ” - "Şerif" oyununda anşlaq olacaq

“Qarabağ” - "Şerif" oyununda anşlaq olacaq
13:07 23 İyul 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Moldovanın “Şerif” klubu arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir. Fanat.Az xəbər verir ki, ilk iki gündə artıq 10 min bilet satılıb.

 

Bu barədə klubun rəsmi "Facebook" hesabı məlumat xidməti yayıb.

 

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.

 

Qeyd edək ki, “Qarabağ” – “Şerif” matçı iyulun 25-də keçiriləcək və saat 21:00-da start götürəcək.

 

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-di.

 

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11 və 18 nömrəli sektorlar – 3 AZN

12,13, 29, 38 və 14-17 nömrəli sektorlar - 5AZN

VİP - 50 AZN


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaraba-quoterifquot-oyununda-anlaq-olacaq-t59465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR