Ukrayna yığmasının ulduzu "Qarabağ"da?

Ukrayna yığmasının ulduzu "Qarabağ"da?
13:47 23 İyul 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur ukraynalı futbolçu Artyom Fedetski karyarasını Azərbaycanda davam etdirə bilər. Fanat.Az xəbər verir ki, bu barədə Ukraynanın "Futbol 1" telekanalının əməkdaşı İqor Burbas danışıb.


O, bildirib ki, 32 yaşlı sağ cinah müdafiəçisi hazırda 3 variant üzərində düşünür. Artyom ya "Qarabağ"la çempionluqlar yaşamaq üçün uzaq Azərbaycana, ya qonşu Ukraynaya, ya da optimal variant kimi Türkiyəyə yollanmaq barədə fikirləşir.


Qeyd edək ki, Artyom Fedetski peşəkar karyerasına Tula "Arsenal"ında başlayıb (2006-2007). Ardınca "Xarkov"a keçən (2007-2008) müdafiəçi 2008-ci ildə "Şaxtyor"a transfer olunub. 2009-2012-ci illərdə "Karpatı"ya icarəyə verilən futbolçu 2012-ci ildə "Dnepr"ə keçib. Onun son iş yeri Almaniyanın "Darştadt" klubu olub. O, ötən mövsüm Bundesliqa klubunun heyətində 17 rəsmi oyuna çıxıb və 1211 dəqiqə oynayıb.


Artyom 2010-cu ildən Ukrayna millisinə çağırılan müdafiəçi 53 oyunda 2 qola imza atıb. O, sonuncu dəfə bu ilin 24 martında Xorvatiya ilə matçda milli formanı geyinib. 


Fedetski "Qarabağ"a qarşı iki oyun keçirib. Belə ki, 2014/15 mövüsündə "Qarabağ"la "Dnepr" Avropa Liqasının F qrupunda mübarizə aparıb. Hər iki oyunda 90 dəqiqə meydanda olan futbolçu Ukraynadakı matçın 9-cu dəqiqəsində sarı vərəqə alıb. Səfər matçında 1:0 hesablı qələbə qazanan "Qarabağ" evdə rəqibinə uduzub - 1:2. Həmin mövsüm "Dnepr" Avropa Liqasının finalına yüksəlib. Finalda da 90 dəqiqə meydanda olan Artyom və komandası "Sevilya"ya uduzub - 2:3.


"Qarabağ"a gəlmək ehtimalı olan Artyom 2009-cu ildə indiki Avropa Liqasının, həmin vaxt UEFA Kuboku adlanan turnirin qalibi olub. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ukrayna-ymasnn-ulduzu-quotqarabaquotda-t59466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR