Bakıda evə basqın edib seyfdən külli miqdarda pul apardılar

Bakıda evə basqın edib seyfdən külli miqdarda pul apardılar
14:04 23 İyul 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb. Lent.az xəbər verir ki, Yasamal rayonu Mirzə Fətəli küçəsi 171 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Babayev Zakir Tofiq oğlu polisə müraciət edərək bildirib ki, evindən külli miqdarda pul və qızıl oğurlanıb. Şikayətçi qeyd edib ki, iyulun 15-16 tarixilərində evdə kimsənin olmadığı müddətdə naməlum şəxs və ya şəxslər pəncərənin şüşəsini sındıraraq mənzilə daxil olublar. Mənzildəki seyfdən 12 min manat, 1800 dollar və qızıl-zinət əşyaları oğurlanıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279781

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR