Biləsuvarda bir maşının təkərindən çıxan dəmir digər avtomobilin sərnişininə ağır xəsrət yetirib

Biləsuvarda bir maşının təkərindən çıxan dəmir digər avtomobilin sərnişininə ağır xəsrət yetirib
14:12 23 İyul 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar. 23 iyul. REPORT.AZ/ Biləsuvar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hələlik müəyyən edilməmiş minik avtomobili hərəkətdə olarkən təkər hissəsindən çıxan dəmir parçası Bakı-Lənkəran istiqamətində gedən avtobusun pəncərəsindən sərnişin - Lənkəran şəhər sakini 1947-ci il təvəllüdlü Lidiya Məmmədovanın üz nahiyəsinə dəyərək ona ağır xəsarət yetirib.
Yaralı qadın dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti hazırda normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-bir-masinin-tekerinden-cixan-demir-diger-avtomobilin-sernisinine-agir-xesret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR