Xaçmaz bazarında dükanlar yandı

Xaçmaz bazarında dükanlar yandı
14:27 23 İyul 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Xaçmaz şəhərinin 20 Yanvar və Mehdi Hüseynzadə küçələrinin kəsişməsində yerləşən bazarda yanğın baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,  hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi gəlib.
Hadisə nəticəsində 3 obyektin damı və 5 köşk - üstüörtülü piştaxta daxil olmaqla 100 kv.m sahə yanıb. İnsanlar hələ bazara gəlmədiklərindən xəsarət alan olmayıb. Yarım saat ərzində yanğının başqa ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbləri araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR