Dünyanın ən isti bölgəsi -

Liviyanın Əl-Əziziyə şəhəri 90 il boyunca dünyanın ən isti bölgəsi sayılıb.

Metbuat.az-ın məlumatına görə, 1922-ci il sentyabrın 13-də bu şəhərdə qeydə alınan 57,8° dərəcə isti rekord göstərici hesab olunub. Lakin 2012-ci ildə həmin göstərici Dünya Meteorologiya Təşkilatı tərəfindən ləğv edilib. Buna səbəb ondan da yüksək hərarətin müşahidə olunduğu bölgələrin mövcudluğudur.

Dünyanın ən isti bölgəsi hazırda İran yaylasındakı Lut səhrası hesab olunur. Ön Asiyanın ən böyük və ən geniş yaylasında yerləşən həmin duzlu səhraya “boşluq çölü” də deyilir. 2004-2007-ci və 2009-cu illərdə Yer kürəsində ən isti temperatur burada qeydə alınıb.

2005-ci ildə müşahidə olunan 70,7° C temperatur isə yeni rekordu müəyyənləşdirib və planetin ən isti bölgəsi kimi təsdiq edilib. Canlıların yaşamadığı səhrada havanın orta illik temperatur göstəricisi 49,6° C, yay fəslində isə 58,3° C-yə bərabərdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR