"Real"ın ulduzu rəsmən "Mançester Siti"də - 192 milyon oldu

"Real"ın ulduzu rəsmən "Mançester Siti"də -   192 milyon oldu
14:57 23 İyul 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

"Real" daha bir futbolçusunu İngiltərə klubuna satıb. Fanat.Az xəbər verir ki, Alvaro Moratanı "Çelsi"yə satan "Kral Klubu" Danilonu "Mançester Siti"yə göndərib.


Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. "Mançester Siti" braziliyalı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalayıb. Müqavilənin maliyyə detalları açıqlanmayıb.



Buna baxmayaraq, yerli mətbuat rəqəmləri açıqlayıb. Bildirilir ki, "Mançester Siti" "Real"a 30 milyon avro transfer haqqı ödəyib. "Kral Klubu" futbolçunun performansına və Premyer Liqa təmsilçisinin qazanacağı uğurlara bağlı olaraq əlavə 5 milyon avro qazana bilər.


Qeyd edək ki, Danilo "Real"a 2015-ci ildə "Portu"dan 31,5 milyon avroya transfer olunmuşdu. 


"Mançester Siti" bundan əvvəl Ederson, Bernardo Silva, Kile Ualker və Duqlas Luizi heyətinə qatmışdı. "Şəhərlilər" bununla transferlərə xərclədikləri məbləği 192 milyona satdırıblar.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquotn-ulduzu-rsmn-quotmancester-sitiquotd-t59467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR