Bakıda evə basqın edib seyfdən külli miqdarda pul apardılar

Bakıda evə basqın edib seyfdən külli miqdarda pul apardılar
15:32 23 İyul 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Yasamal rayonu Mirzə Fətəli küçəsi 171 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Babayev Zakir Tofiq oğlu polisə müraciət edərək bildirib ki, evindən külli miqdarda pul və qızıl oğurlanıb. Şikayətçi qeyd edib ki, iyulun 15-16 tarixilərində evdə kimsənin olmadığı müddətdə naməlum şəxs və ya şəxslər pəncərənin şüşəsini sındıraraq mənzilə daxil olublar. Mənzildəki seyfdən 12 min manat, 1800 dollar və qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR