"Qarabağ"ın fan-şopu açıldı

"Qarabağ"ın fan-şopu açıldı
15:37 23 İyul 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın ilk fan-şopunun açılış mərasimi keçirilib. Fanat.Az xəbər verir ki, "Park Bulvar"da yerləşən fan-şopun açılış mərasiminə klubun vitse-prezidenti Tahir Gözəl, icraçı direktoru Əmrah Çəlikəl, kapitan Rəşad Sadıqov və ispaniyalı futbolçu Dani Kintana qatılıb.


Açılış sözü ilə çıxış edən Tahir Gözəl bildirib ki, mərasimin Ağdamın işğal gününə təyin edilməsi təsadüfi deyil: "Bir az əvvəl Şəhidlər xiyabanındaydıq. Ağdamın işğal günündə onları yad edib buraya gəldik. Xatırlayırsınızsa, bir neçə il öncə 23 iyul tarixində Norveçin "Rusenburq" komandasını məğlub edib, kədərimizi sevincə çevirmişdik. Bu gün də eyni şeyi etmək istəyirik. Buradakı hər şeyi normal qiymətə ala biləcəksiniz. Çox sevinirəm. Azərbaycana, "Qarabağ"a eşq olsun".


Daha sonra Tahir Gözəl, oğlu Merivan və Əmrah Çəlikəl rəmzi lenti kəsiblər.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-fan-opu-acld-t59468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR