Ərdoğanın "canavar"a bənzəyən lüks maşını - FOTOLAR

Ərdoğanın "canavar"a bənzəyən lüks maşını - FOTOLAR
15:48 23 İyul 2017
67 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xidməti maşını ilə bağlı maraqlı məlumat yayılıb.

Ərdoğanın xidməti avtomobili "Mercedes" S600 modelidir. Prezidentin maşını texnoloji özəlliklərinə, xüsusilə təhlükəlisizlik baxımından üstün funksiyalara malikdir. Ərdoğanın maşını 1 milyon lirəyə bərpa edilib.



Maşının ön işıqlarının yanında gözyaşardıcı qaz cihazı yerləşdirilib. Sürət həddini aşdıqda ön işıqlar daha parlaq yanır.



Avtomobilin təkərləri deşilməyə və partlamağa qarşı davamlıdır. Təkərlədə hər hansı problem, deşilmə olarsa? polad təkərlər dövrəyə girərək maşının hərəkətdə olmasını təmin edir.



S600 modellərindən fərqli olaraq Ərdoğanın xidməti avtomobili daha uzun olan, güllə keçirməz və müxtəlif cür patlayıcılara qarşı qorunma xüsusiyyətlərinə malikdir.
Avtomobilə kimyəvi hücumlar olsa belə, zəhərli hava avtomobilin salonuna daxil olmur.



Ərdoğanın gündəlik istifadə etdiyi maşının saxlan yeri titandan hazırlanıb. Qapıları 13 sm-lik dəmirlə gücləndirilib. Haqqında danışdığımız maşına xüsusi üstünlüklərinə görə Ərdoğanın "canavarı" da deyirlər.



Avtomobilin telefonu birbaşa peykə bağlıdır. Hərəkətdə olarkən avtomobildə hər hansı təhlükə yaranarsa, telefon əlaqəsi kəsilmir, prezidentin mühafizəçiləri dövlət qurumları ilə maneəsiz əlaqə yarada bilirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliavto/170448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR