Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın olub - FOTO

Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın olub - FOTO
15:52 23 İyul 2017
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Günorta saatlarında Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, xəstəxananın ikinci mərtəbəsində, Cərrahiyyə şöbəsi müdirinin otağında baş verən yanğın nəticəsində ümumi sahəsi 15 kv.metr olan otaq və otağın içərisindəki əşyalar təmamilə yanıb.
Yanğın güclü olmadığından, yanğınsöndürənlər hadisə yerinə gələnə qədər, tibb işçilərinin səyi nəticəsində qarşısı alınıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub, yanan əşyalar xəstəxanadan çıxarılıb.
Yanğın zamanı xəstəxanada müalicə olunan xəstələrdən heç biri xəsarət almayıb.
Qeyd edək ki, yanğın zamanı otaq bağlı olub və şöbə müdiri otaqda olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR