"Mikrofonu qoyub ağlaya-ağlaya qaçdım" - Səidə Sultan

"Mikrofonu qoyub ağlaya-ağlaya qaçdım" - Səidə Sultan
16:05 23 İyul 2017
180 Şou
Ölkə mətbuatı
A- A+

"Başım getməyib ki, durduğum yerdə kiməsə daş atam, dava edəm. Bəzən görürsən ki, şəxsi məsələyə keçib, insanı alçaldırlar. Bunu heç kim qəbul etməz. Dəymə mənə, dəyməyim sənə. Dəydilərsə, nöqtəsini qoymalıyam".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Xəzər maqazin"ə açıqlamasında deyib.

Sənətçi onu tamaşaçılara mənfi biri kimi tanıtmaqlarından şikayətlənib:

"Kim nə deyir, yerində cavab verməliyəm. Verməsən, elə bilirlər ki, elə belə sadəsən. Ömür boyu məni insanlara pis təqdim ediblər. Olduğum kimi təqdim olunmuram. Evimin içini də insanla pis göstərdilər. Allah var, hər şeyi görür.

17 yaşımdan pul qazanmışam. Bİlk qazancım 1 şirvan olub. Yaxın qohumumuzun restoranında oxuyurdum. Həmin vaxt toylara getməkdən qorxurdum. İlk dəfə toya gedəndə ağlamışdım. Bir kişi yaxınlaşıb dedi ki, "Yanıq Kərəm"i oxu. Mikrofonu qoyub ağlaya-ağlaya qaçdım".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/565939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR