Jaguar-dan yeni krossover - FOTO

Jaguar-dan yeni krossover - FOTO
16:17 23 İyul 2017
Ölkə mətbuatı
A- A+

Jaguar şirkəti Lodonda kompakt krossover E-Pace təqdim edib. Avtomobil dünya bazarında BMW X1 və Audi Q3 ilə rəqabət aparacaq. E-Pace brendə üsluba və müasir texnologiyaya diqqət yetirən daha gənc auditoriya cəlb etməlidir.

Milli.Az auto.az-a istinadən bildirir ki, markanın şef-dizayneri Yan Kallum avtomobili qısa yaylar, güclü qanadlar, rəvan dam və kupe F-Type üslubunda xarici görünüşlə təsvir edib. Krossoverin uzunluğu 4395 mm, təkər bazası 2681 mm, baqajının həcmi is 577 litrdir.

E-Pace 10-düymlük ekranı olan Touch Pro media sistemi ilə təchiz edilir. Bir qədər artıq pul ödəməklə ekranı 12,3-düym olan Meridian  audio sistemi də sifariş etmək olar. Salonda, həmçinin yüksək keyfiyyəti rəngli displet, 4 ədəd 12 voltluq elektrik şəbəkəsi və 5 ədəd USB çıxışı var.

E-Pace-in platforması Land Rover Discovery Sport ilə eynidir. Buna görə də, 4-silindrli, 2-litrlik mühərriklər köndələn yerləşdirilib. Sıralamada yalnız turbo mühərriklər yer alır: 150, 180 və 240 a.g. malik dizel və 248, 300 a.g.-ə malik benzin. Ən güclü dizel variant avtomobili 100 km/saata 7.4 saniyəyə, benzin variantı isə 6,4 saniyəyə sürətləndirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/565489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR