Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın olub - FOTO

Qax Mərkəzi  Rayon Xəstəxanasında yanğın olub - FOTO
16:29 23 İyul 2017
25 Digər
Ölkə mətbuatı
A- A+

Qax Mərkəzi  Rayon Xəstəxanasında yanğın baş verib.

 

APA-nın Şəki-Zaqatala bürosunun  məlumatına görə, yanğın  bu gün günorta saatlarında Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) inzibati binasının  ikinci mərtəbəsində,  cərrahiyyə şöbəsinin müdirinin otağında baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın şiddətli olmadığından yanğınsöndürənlər hadisə yerinə çatana qədər tibb işçiləri tərəfindən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 15 kv/m  olan otaq və otağın içərisində olan əşyalar tamamilə yanıb. Yanğın zamanı xəstəxanada müalicə olunan xəstələrdən heç biri xəsarət almayıb.
 

Qeyd edək ki, yanğın zamanı otaq bağlı olub və şöbə müdiri otaqda olmayıb.

 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR